Çindən gələn dörd tələbə karantində saxlanılır

Çindən gələn dörd tələbə karantində saxlanılır

Yanvarın 29-da Çindən gələn dörd azərbaycanlı tələbə karantinə yerləşdirilib.

 
Bu barədə Turan-a Səhiyyə Nazirliyindən bildiriblər.
 
Mənbənin məlumatına görə, karantin 14 gün davam edəcək. Həmin şəxslər Çinin Uhan şəhərini hələ yanvarın 23-də karantin elan edilməmişdən əvvəl tərk ediblər. Tələbələrin konkret olaraq harada karantində saxlandıqları, onlarla bağlı hansı müalicə və ya nəzarət tədbirlərinin həyata keçirildiyi açıqlanmır.
 
Xatırladaq ki, koronavirus epidemiyası başlamadan öncə Çində olan Azərbaycan vətəndaşlarının ümumi sayı 500 nəfər olub.

Google+ WhatsApp ok.ru