Çin internet istifadəçilərinin sayına görə rekorda imza atıb

Çin internet istifadəçilərinin sayına görə rekorda imza atıb

“Vladtime.ru” saytına istinadən verilən məlumata görə, ümumdünya şəbəkəsində çinlilərin sayı 710 milyonu keçib.
 
Bu, 2015-ci ilin göstəricilərindən 3,1 faiz çoxdur. 
 
Çinlilərin əksəriyyəti şəbəkədən mobil cihazlar vasitəsilə istifadə ediblər. Kənd yerlərində əhalinin internetə çıxışı iri şəhərlərlə müqayisədə daha aşağıdır. Burada ancaq çinlilərin 1/3 internetin üstünlüklərindən yararlana bilir.
 
Xatrıladaq ki, Çində “Twitter”, “Facebook”, “Instagram” kimi sosial şəbəkələr, “Gmail” elektron poçt xidmətləri və “YouTube” video portalı rəsmən qadağan edilib. Bunun əvəzində hökumət “internet plyus”  layihəsi təşəbbüsü ilə çıxış edib. Bu layihənin məqsədi ümumdünya şəbəkəsinin Çin iqtisadiyyatının sənaye və ticarət sektoruna inteqrasiyası daxildir. (lent.az) /

Google+ WhatsApp ok.ru