Çin Qazaxıstanda ‘ölümcül sətəlcəmin’ yayıldığı iddia edir

Çin Qazaxıstanda ‘ölümcül sətəlcəmin’ yayıldığı iddia edir

Çinin Qazaxıstan səfirliyinin saytında ölkə vətəndaşları üçün xəbərdarlıq yerləşdirilib. Xəbərdarlıqda bildirilir ki, Qazaxıstanda "yeni ölümcül sətəlcəm" növü yayılır.
 
Səfirlik iddia edir ki, iyun ayının ortalarından etibarən Atirau, Aktobe və Şımkent bölgələrində yeni sətəlcəm xəstəliyinə yoluxma halları xeyli artıb.
 
Eyni zamanda qeyd edilir ki, "yeni və hələ araşdırılmamış sətəlcəm növü"ndən ölüm halları "COVID-19"dan  əhəmiyyətli dərəcədə yüksəkdir.
 
Çin diplomatları iddia edirlər ki, bu gün Qazaxıstanın qeyd olunan bölgələrində təxminən 500 nəfər yeni xəstəliyə yoluxub, 30-dan çox insanın vəziyyəti kritikdir. /SalamNews 
 
 

Google+ WhatsApp ok.ru