Instagram-dan məhşurlaşmağı sevənlərə imkan

Instagram-dan məhşurlaşmağı sevənlərə imkan

Instagram imkanlarını daha da genişləndirir
 
Həyatının hər anını fotolara köçürüm Instagram-da yaymağı sevənlər üçün daha geniş imkan yaranır. Yaxın vaxtlarda “Instagram”da eyni anda bir neçə foto dərc etmək mümkün olacaq.  Sözügedən funksiya “Instagram” mobil tətbiqinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasına əlavə edilib.
 
İstiPress-in “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi yalnız elan verənlər postda bir neçə foto yerləşdirmək imkanına malikdirlər, amma tezliklə bu funksiya hər kəsə əlçatan olacaq. Ehtimal ki, “Instagram” mobil tətbiqinin “iOS” üçün versiyasına da bu funksiya əlavə ediləcək.
 
Posta bir neçə foto və ya video əlavə etmək üçün ilk şəklə ani toxunuş əvəzinə, ona toxunmaq və barmağı üzərində saxlamaq lazımdır. Bundan sonra 10-dək foto və ya video seçmək, həmçinin onlara eyni və ya müxtəlif filtrlər tətbiq etmək, nəhayət, qalereyanı dərc etmək mümkün olacaq. İstifadəçilər həm postda, həm də ayrı-ayrı şəkilləri layk edə biləcəklər.
 
Sözügedən funksiya hələ ki beta versiyada düzgün işləyir. Şəkil qalereyasını dərc etmək istədikdə mobil tətbiq səhv göstərərək bağlanır.
 

Google+ WhatsApp ok.ru