Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb -VİDEO- YENİLƏNİB 2

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb -VİDEO- YENİLƏNİB 2

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.
 
Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki  əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı  Nuriyeva dünyasını dəyişib.
 
Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib. 
 
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.
 
Hadisə nəticəsində  24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

***

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb. Bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.

 
***
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayışda xəsarət alan 9 nəfər xəstəxanaya müraciət edib. Bunu Modern.az saytına Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov deyib.
 
O bildirb ki, müraciət edənlərdən 6 nəfəri hospitalizasiya olunub:
 
“Xəsarət alanlardan 3 nəfəri qadındır. Yaralıların vəziyyəti orta-ağırdır. 1 nəfər isə komadadır”.
 
Həkim deyib ki, ölənlərin olması istisna edilmir:
 
“Onlar  bizim xəstəxanaya gətirilməyib. Bizdə olan məlumata görə, partlayış səbəbindən içəriyə daxil olmaq mümkün deyil. Ona görə də xəsarət alanların artacağı istisna edilmir”.

Google+ WhatsApp ok.ru