Jurnalist Rasim Əliyevin ölümündən 40 gün keçir

Sabah sentyabrın 17-də jurnalist Rasim Əliyevin 40 mərasimi keçirilib.
 
Yas mərasimi Günəşli qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin mərasim zalında keçiriləcək. Mərasim saat 10-da başlayır.
 
Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və şəhər kliniki xəstəxanasına yerləşdirilib. Avqustun 9-na keçən gecə onu əməliyyat ediblər və səhərə yaxın o, dünyasını dəyişib.
 
İş üzrə altı nəfər, o cümlədən “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynov və onun əmisi oğlu həbs olunub. Məhz facebook-da tənqidə görə Əliyevi hədələyiblər, daha sonra onu barışıq bəhanəsi ilə görüşə çağırıblar və döyüblər.
 
Hüseynovun v hücum iştirakçılarının həbs edilməsinə baxmayaraq, səhlənkarlıq göstərib jurnalistin daxili qanaxması ilə əlaqədar tədbir görməyən həkimlərdən heç biri hələlik məsuliyyətə cəlb edilməyib. 

Google+ WhatsApp ok.ru