Kənd təsərrüfatının zəifləməsi qiymət artımına gətirib çıxaracaq – ekspert

Kənd təsərrüfatının zəifləməsi qiymət artımına gətirib çıxaracaq – ekspert

Kənd təsərrüfatı məhsullarının qiymətinin artması istehsalın kəskin şəkildə azalması ilə bağlıdır – bu barədə Turan-a və Amerikanın Səsi-nə müsahibəsində İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Vahid Məhərrəmov bildirib.
 
“Bu il ət idxalı ötən ilin 7 ayı ilə müqayisədə 91%, süd məhsullarının idxalı 60%, meyvə və tərəvəz idxalı 32%, çay idxalı 81%, şəkər idxalı 20% artıb.
 
Biz bu qədər idxal gətiririksə, dolların məzənnəsinin artması mütləq bazardakı qiymətlərin artımına təsir edir”, deyə ekspert bildirib.
 
Məhərrəmov kənd təsərrüfatının hazırki /subsidiyalaşdırılması sistemini qeyri-effektiv hesab edir. “Bəzi hallarda subsidiyalar ünvanına çatmır. Dövlət başçısı belə deyir ki, subsidiyalar fermerlərə çatmır, məmurlar tərəfindən mənimsənilir.
 
Kənd təsərrüfatına subsidiyalar 2007-ci ildən ayrılır. Taxılçılıq prioritet sahə idi. Hər il bir hektar üçün 80 manat subsidiya verilirdi. Amma məhz 2007-ci ildən etibarən Azərbaycanda taxıl idxalı artır”, deyə o bildirib.
 
Ekspert qeyd edib ki, ölkədə hələ də ədalətli rəqabət üçün şərait yaradılmayıb. Fermerlərin məhsullarını sərbəst şəkildə bazara çıxarması üçün, lazımi istehsal vasitələrinin idxalı üçün şərait yaradılmayıb.
 
Orta ölçülü 2 minə yaxın dəyirman yararsız hala gəlib. Belə ki, fermerlər alış qiymətləri aşağı olduğuna görə taxıl yetişdirməyi dayandırıblar. Eyni zamanda taxıl idxalı artır, belə ki, yerli istehsalat kifayət etmir.
 
Kənd təsərrüfatı sahəsində siyasət çox da yaxşı deyil.
 
“Ət və ət məhsullarının qiymətinin artması bu siyasətin nəticəsidir. Belə ki, Azərbaycanda onsuz da az olan otlaqlar taxıl, daha sonra isə pambıq əkilməsi üçün vrilib. Mal-qaranın otlaması üçün yer yoxdur, son iki ildə fermerlər heyvanları kəsilmək üçün verməyə məcbur olublar. Həmin vaxt rayonlarda mal ətinin qiyməti 4 manata qədər düşmüşdü. Amma aydın idi ki, gələcəkdə ət və süd defisiti yaranacaq. İndi biz bunun nəticələrini müşahidə edirik”, deyə Məhərrəmov bildirib.
 
ÜTT-nin kənd təsərrüfatı istehsalının 5%-dən çox subsidiyalaşdırılmasının yolverilməz olduğu haqqında tələbləri və bu təşkilata daxil olduğumuz təqdirdə bizim hansı çətinliklərimizin yaranacağı barədə mülahizə yürüdən ekspert qeyd edib ki, Azərbaycanda subsidiyaların əksəriyyəti birbaşa kənd təsərrüfatı istehsalına yönəlməyib.
 
Hazırda kənd təsərrüfatının subsidiyalaşması 5%-dən xeyli çoxdur. Amma onların əksəriyyəti kənd təsərrüfatı istehsalına təkan vermir. Belə subsidiyalarda məmurlar maraqlıdır və bu, istehsalatın inkişafı ilə bağlı deyil, ekspert belə hesab edir.
 
Bu qışda kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayış mümkünlüyünü proqnozlaşdıran Məhərrəmov deyib ki, bu il kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma qeydə alınıb.
 
“Əvvəllər məhsulların bir hissəsi bazara çıxarılır, qalan hissəsi isə xüsusi soyuducularda saxlanılırdı. İndi belə ehtiyat yoxdur. Buna görə qışda bu, qiymət artımına gətirib çıxaracaq”, ekspert belə hesab edir.(contact.az)

Google+ WhatsApp ok.ru