Kəşmirdə vəziyyət gərgindir

Kəşmirdə vəziyyət gərgindir

Əhalisi əsasən müsəlmanlardan ibarət Kəşmir regionunun Hindistanın nəzarətində olan hissəsində təhlükəsizlik durumu qeyri-müəyyən qalır. Avqustun 6-da deputatlar bu mübahisəli Himalay regionunun ştat statusunu alıb, hökumətsə xüsusi muxtariyyətini ləğv edib.
 
Cammu və Kəşmir regionunda mobil telefon və internet xidmətləri kəsilib, dünyadan təcrid olunub.
 
Pakistan xəbərdarlıq edib ki, Hindistanın hindu millətçi hökumətinin bu addımları müharibəyə apara bilər.
 
Avqustun 5-də xüsusi statusun ləğvi o deməkdir ki, Cammu və Kəşmir mərkəzi hökumət tərəfindən idarə olunacaq. Hər iki ştat, eləcə də Ladax ştatı Hindistanın ərazi vahidi sayılacaq. Cammu və Kəşmirin bayraqlarını Hindistanın dövlət bayrağı əvəzləyəcək.
 
Pakistanın Baş naziri Imran Khan vəd edib ki, Nyu Dehlini qərarlarını ləğv etməyə məcbur etməkdən ötrü “hər bir forum”dan yararlanacaq. Avqustun 6-da parlamentdə çıxış edən Khan məsələni digər dövlət başçıları ilə müzakirə edəcəyini, BMT-nin Təhlükəsizlik Şurasında, Beynəlxalq Cinayət Məhkəməsində qaldıracağını deyib.
 
Pakistan ordusunun rəhbəri, General Qamar Bajwa isə ordunun Kəşmir xalqını “ədalətli mübarizə”də dəstəkləməkdən ötrü “istənilən addımı” atacağını deyib. /azadliq.org
 

Google+ WhatsApp ok.ru