Kadr problemi

Kadr problemi

!Novoye Vremya! qəzetində !İqtisadiyyatın inkişafı kadrların keyfiyyətindən asılıdır! sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, ölkədə təkcə bahalaşma problemi deyil. Üstəlik, kadr problemi yaşanır.
 
Yazıda xatırladılır ki, rəsmi Bakı artıq bir neçə ildir iqtisadi islahatları dərinləşdirəcəyini, sahibkarlığa dəstəyi gücləndirəcəyini və ölkənin ixrac qabiliyyətini artıracağını bəyan edib.
 
Müəllif vurğulayır ki, xarici bazarda rəqabətdən ötrü keyfiyyətli məhsul lazımdır:
!Burada təkcə ölkənin əlverişli təbii şəraitə malik olması yetərli deyil. Keyfiyyətli məhsul isə fəhlədən, orta rəhbər eşelondan asılı deyil. Burada zəruri ixtisaslaşmaya malik mütəxəssislərə ehtiyac var!.
 
Yazıda bildirilir ki, təhsil səviyyəsinə görə Azərbaycanın əməkqabiliyyətli əhalisi Avropadan ciddi şəkildə geri qalır. Müəllif vurğulayır ki, kadr hazırlığı sahəsində Azərbaycanın geridə qalmasını bir neçə il öncə Dünya Bankı da öz icmalında qeyd edib. Gəlirləri orta səviyyədən yuxarı olan ölkələrdən ötrü bu rəqəm 33.4, ortagəlirli ölkələrdən ötrü isə 25.5 faizdir. Azərbaycanda isə bu göstərici cəmisi 20 faiz təşkil edir.
 
Müəllif yazır ki, məsələ heç də təkcə diplomdan ibarət deyil. Məsələnin keyfiyyət tərəfi də çox vacibdir. Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycanda bu baxımdan durum daha da pisdir. Çünki, məzunlar çalışacaqları sahəyə təcrübə baxımından hazırlıqsız gəlirlər.
 
Yazıda bildirilir ki, ölkədə şirkətlərlə ali məktəblər arasında bağlantılar yoxdur. İndiki təhsilin səviyyəsi də yüksək tələblərə cavab vermir.
 
Müəllifin gəldiyi nəticəyə görə, indiki kadr hazırlığı səviyyəsi ilə ölkənin taleyüklü iqtisadi problemlərinin həll ediləcəyi inandırıcı görünmür. /

Google+ WhatsApp ok.ru