Kanadada `Quran baharı` yarışı təşkil olunub

Kanadada `Quran baharı` yarışı təşkil olunub

-- 3 nəfərə dəyərli hədiyyələr veriləcək

Kanadanın Edmonton şəhərində Tesnim dərnəyi Ramazan ayı üçün "Quran baharı" adlı yarışma hazırladı. 

Maide.Az "İQNA"-a istinadən xəbər veri rki, yarışma Ramazan ayının ilk günündə başlanmış və 15  iyuna qədər davam edəcək.

Yarışmada iştirak etmək üçün Kanadada yaşayan iranlılar və maraqlanan şəxslər Ramazan ayının hər günü  "TasnimEdmonton" teleqram kanalında o günün ayəsi ilə bağlı, 4 cavab variantı olan bir sualı düzgün cavablandırmalıdır. 

Hər günün sualına cavab sadəcə həmin gün verilməlidir. Ramazan ayının sonunda ən çox xal qazanan 3 nəfərə dəyərli hədiyyələr veriləcək.

Edmonton Tesnim dərnəyi eyni zamanda "Ramazan ayı" və "Bahar və təbiət" mövzulu iki fotoqraf yarışması həyata keçirəcək.

Yarışmada iştirak etmək istəyənlər 15 iyun tarixinə qədər əsərlərini "[email protected]" ünvanına göndərməlidirlər.

Tesnim dərnəyi Kanada Edmontonda yaşayan bütün iranlılara aiddir. Məqsədi İslam, İran mədəniyyətini, Quran təlimləri, Peyğəmbər (s) və Əhli-Beyt təlimləri çərçivəsində yaşatmaqdır.

Google+ WhatsApp ok.ru