Kanadanın Su-Sent-Mari şəhərində ilk məscid fəaliyyətə başlayacaq

Kanadanın Ontario bölgəsinin Su-Sent-Mari  şəhərində ilk məscid fəaliyyət göstərəcək. 
Maide.az “SooToday” xəbər portalına istinadən xəbər verir ki,  qeyd olunan şəhərdəki Su Dis Vik jurnalının binası məscidin və islami cəmiyyətin  yerləşdirilməsi üçün bərpa olunur. 
Bu şəhərin müsəlmanları indiyədək öz ictimai və dini tədbirlərini, həmçinin uşaqların Quran dərsləri və cümə namazlarını kiçik bir yerdə keçirirdilər. Su-Sent-Mari məscidinin binasının bərpa işləri yayda başlayıb və  2015-ci ilin noyabr ayının əvvəllərində məscid isitfadəyə veriləcək. 
Su-Sent-Mari şəhərində ilk məscid bu şəhərdəki bir qrup müsəlman həkimin səyləri nətəcəsində fəaliyyət göstərəcək. 
Qeyd edə ki, Su-Sent-Mari şəhərinə müsəlmanlar təqribən 20 il öncə gəliblər. Hazırda bu şəhərdə təqribən on müsəlman ailəsi və təqribən iki yüz müsəlman tələbə yaşayır.
İlk halal restoran bu şəhərdə iki il öncə fəalyyətə başlayıb.  /
 

Google+ WhatsApp ok.ru