Kanat yolunun qırılması nəticəsində oteldə qalanlardan xəsarət alan olmayıb

Kanat yolunun qırılması nəticəsində oteldə qalanlardan xəsarət alan olmayıb

-- təmir işləri aparan usta həyatını itirib

Quba rayonunda Quba Palace Hotel-də kanat yolunun qırılması nəticəsində bir nəfər həlak olub.
 
Yerli mənbələrdən Turan-a məlum olub ki, kanat yolu işləməyib və orada təmir işləri gedib. Qəflətən kanat qırılıb və ustalardan biri, Quba rayonu Əmsar kənd sakini Rüzgar Məmmədov güclü zərbədən həlak olub.
 
Digər zərərçəkənlər yolun təmiri ilə məşğul olan Əmsar kənd sakinləridir.
 
Oteldə qalan şəxslərdən xəsarət alan olmayıb. 
 
Hazırda hadisə yerində hüquq - mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.-03B-

 

Google+ WhatsApp ok.ru