Kanat yolunun qırılması nəticəsində oteldə qalanlardan xəsarət alan olmayıb 09 İyul 2018 01:00 Xəbərlər -- təmir işləri aparan usta həyatını itirib Quba rayonunda Quba Palace Hotel-də kanat yolunun qırılması nəticəsində bir nəfər həlak olub. Yerli mənbələrdən Turan-a məlum olub ki, kanat yolu işləməyib və orada təmir işləri gedib. Qəflətən kanat qırılıb və ustalardan biri, Quba rayonu Əmsar kənd sakini Rüzgar Məmmədov güclü zərbədən həlak olub. Digər zərərçəkənlər yolun təmiri ilə məşğul olan Əmsar kənd sakinləridir. Oteldə qalan şəxslərdən xəsarət alan olmayıb. Hazırda hadisə yerində hüquq - mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.-03B- Teqlər : #Kanat yolunun qırılması nəticəsində oteldə qalanlardan xəsarət alan olmayıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əcnəbilərin Azərbaycanda işləməsi rahatlaşdı Zığda yenə su tələbi...