Keniyada otelə hücum zamanı ən az 12 nəfər ölüb

Keniyada otelə hücum zamanı ən az 12 nəfər ölüb

Keniyanın Somali ilə sərhədində Mandera bölgəsində otelə edilən silahlı və bombalı hücum zamanı ən az 12 nəfər həyatını itirib.
 
Maide.Az xəbər verir ki, Keniya polis rəsmilərindən edilən açıqlamada təcavüzkarların ələ keçirdiyi oteldən 10 nəfərin xilas edildiyi bildirilib.
 
Keniya mətbuatında yer alan xəbərlərdə bildirilir ki, polis rəsmiləri insan itkisinin artmasından narahatdır. 
 
Terror təşkilatı Əş-Şəbab üzvü olduğu güman edilən terrorçuların, polisin müdaxiləsindən sonra Somali sərhədinə doğru qaçdıqları bildirilib.
 

Google+ WhatsApp ok.ru