Keniyada plastik paketlər qadağan olunmağa başlayıb

Keniyada plastik paketlər qadağan olunmağa başlayıb

Bundan belə, Keniyada neylon paket satan, istehsal edən, hətta daşıyanlar da, 38 min dollara qədər pul və 4 ilə qədər həbs cəzası ilə cəzalana bilər.
 
Fevral ayının sonunda Keniya dövləti ölkə daxilində plastik paketləri qadağan etmiş, əhalinin bu qərara uyğunlaşması üçün 6 ay müddət vermişdi.
 
Keniyanın Ekologiya naziri Judy Wakhunghu bu qadağanın ətraf aləmin qorunmasında böyük rolu olacağanı söyləyib.
 
Plastik paket istehsalçı və idxalçıları isə, bu qərarın təxminən 80 minə qədər insanı işsiz qoyacağını deyir.
 
Keniya Ali Məhkəməsi cümə günü istehsalçıların etirazlarına məhəl qoymayaraq, dövlətin bu qadağasını təsdiqləyib.
 
Keniyada müştərilərə verilən plastik torbalardan ödəniş alınmırdı.
 
Keniya dövləti 2007 və 2011-ci illərdə plastik paket istifadəsini qadağan eləməyə cəhd etmiş, lakin müvəffəq olmamışdı.
 
Keniyada hər ay təxminən 24 milyon plastik paket istifadə edildiyi bildirilir.
 
BBC-nin Nairobidəki müxbiri Anne Soy, keniyalıların çoxunun bu qadağanı dəstəklədiyi qeyd edib.
 
Ruanda, Cənubi Afrika, Somali, və Eritreya da, daxil olmaqla, bir çox Afrika ölkələri neylon paket istifadəsinə qadağa qoyub.(bbc)

Google+ WhatsApp ok.ru