Kenquruların çoxu solaxay imiş

Solaxaylığın yalnız insanlara və bəzi primatlara xas olmadığı bir daha sübut edilib.
 
Rusiyanın Sankt-Peterburq Universitetindən bioloq Yeqor Malaşiev və qrupunun araşdırması nəticəsində məlum olub ki, kenquruların çoxunun hərəkətlərində, vizual, səsli qavramalarda bədənin sol yarısını istifadə edir.
 
Maide.az xəbər verir ki, Avstraliyada yaşayan fərqli kenquru növlərini tədqiq edən alimlər boz və qırmızı kenquruların anadangəlmə solaxay olduğunu, kiçik kenquruların (valabi) qidalarını sol əlləri ilə yediyini aşkarlayıblar. 
 
Ağacda yaşayan kenquru növlərinin isə sağ əllərini istifadə etdikləri müəyyənləşdirilib.
 
Alimlər kenquruların çoxunun sağ əlini istifadə etməməsinin bu heyvanların beyninin sağ və sol yarım kürələrini birləşdirən sinir hüceyrəsi sisteminin digər məməlilərdən fərqli olmasından irəli gəldiyini vurğulayıblar.

Google+ WhatsApp ok.ru