Kerri ABŞ-ın Suriya məsələsində uğur qazanmadığını etiraf edib

Kerri ABŞ-ın Suriya məsələsində uğur qazanmadığını etiraf edib

ABŞ dövlət katibi Con Kerri hesab edir ki, Suriyada münaqişənin siyasi həlli üzrə diplomatik səylər uğursuz olub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kİrbi bildirib. Onun sözlərinə, C.Kerri səylərin uğursuzluğundan məyusluq hissi keçirir.
 
Kirbi qeyd edib ki, Kerri qarşıdakı həftələrə bu istiqamətdə səyləri davam etdirəcək: “O məhz bu sahədə bizim daha uğurlu və irəlidə olmağımızı istəyir”.
 
Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyasının səlahiyyətləri yanvarın 20-də başa çatacaq.
 
 

Google+ WhatsApp ok.ru