İki ayda 2,1 min boşanma olub

“Bu ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 9 min nikah və 2,1 min boşanma halları qeydə alınıb”.
Maide.az bildirir ki, Dövlət sitatistika Komitəsindən modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub.
Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 207 nəfər təşkil edib.
 
Ötən il Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halı qeydə alınmışdı.
 

 

Google+ WhatsApp ok.ru