Kibercinayətkarlıq fəaliyyəti üçün hansı ölkə daha münasibdir?

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə görə, Braziliya kibercinayətkarlar üçün ən münasib yer kimi tanınır.
 
 
2014-cü ildə Braziliya maliyyə hücumları baxımından ən təhlükəli ölkə kimi tanınıb. «ChePro» sinfinə məxsus troyanı populyarlığına görə dünyada «Zeus»dan sonra ikinci olub. Bu ölkə fişinq hücumlarına görə birinci pilləni tutub.
 
Braziliyalı kibercinayətkarlar Şərqi Avropadan mənimsənilən hücum metodlarından istifadə edirlər. Bir qayda olaraq, bu hücumlar  internet provayderlərinə, modemlərə və şəbəkə qurğularına, yaxud milli ödəmə sistemləri və dövlət idarələrinin İT resurslarına qarşı edilir.
 
Braziliya Banklar Federasiyasının («FEBRABAN») məlumatına görə, 2012-ci ildə yerli banklar internet bankçılıq vasitəsi ilə edilmiş fırıldaqçılıq nəticəsində 1,4 milyard real (təxminən 500 milyon dollar) məbləğində zərərə məruz qalıb. ICTnews

Google+ WhatsApp ok.ru