Kişilər qadınlardan daha çox internet istifadə edirlər

Kişilər qadınlardan daha çox internet istifadə edirlər

Birləşmiş Millətlər Təşkilatının xüsusi ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yayımladığı yeni hesabatda  bildirilir ki, dünya əhalisinin yarısından çoxunun (3.9 milyard nəfər) interneti  yoxdur.
 
Maide.Az xəbər verir ki,  ITU-nun hesabatına görə, dünyada kişilər qadınlardan daha çox internet istifadə edirlər.  
Hesabata görə, 2013-cü ildə dünyada kişilər qadınlara nisbətdə 11 faiz çoxluq təşkil edib, bu rəqəm 2016-cı ildə 12 faizə qalxıb. 
 
Hesabatda bildirilir ki, Afrika qitəsində kişilər qadınlara nisbətdə 23 faiz, Amerikada isə 2 faiz çox internet istifadəçisidir.
 

 

Google+ WhatsApp ok.ru