Kim ki, ev alıb, alıb, kim ki, ala bilməyib...

Kim ki, ev alıb, alıb, kim ki, ala bilməyib...

“Novoye Vremya” qəzetində “Daşınmaz əmlak bazarı əhalinin cəmi 20 faizini əhatə edir?” sualına ekspertlərlə cavab axtarılır.
 
Yazıda bildirilir ki, uzun müddət ölkəyə böyük neft pulları gələndə tikinti sahəsi inkişaf edib. Qeyri-neft sektoru deyiləndə əsas tikinti sahəsi başa düşülüb.
 
Müəllif vurğulayır ki, 2013-cü ildə ölkədə tikintinin inkişafı öz zirvəsinə çatıb. Həmin il 2,4 milyon kvadratmetr mənzil sahəsi istismara verilib:
 
“2013-cü ildən sonra onun tədricən azalması başladı. Hətta neft gəlirlərinin yüksək olduğu həmin dövrdə, bu yüksək sürət tempini saxlamaq mümkün olmadı. 2014-cü ildə 1978,3 kvadratmetr, 2015-ci ildə 1927 kvadratmetr, 2016-cı ildə 1677 kvadratmetr mənzil sahəsi istismara verilib”.
 
Müəllif bütün bunların səbəblərindən biri kimi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini göstərir.
 
Yazıda bildirilir ki, 2016-cı ildə cəmi 172 min mənzilə mülkiyyət hüququna dair sənəd verilib. Bunun da ancaq 50 mini ilkin daşınmaz əmlak bazarına aiddir. Qalan 122 min kvadratmetr təkrar bazara aid məsələdir.
 
Üstəlik, müəllif vurğulayır ki, daşınmaz əmlak bazarında müxtəlif parametrlər üzrə qiymətlər 16-19 faiz düşüb.
 
Yazıda bildirilir ki, indi hətta İpoteka Fondu xətti ilə mənzil alınması prosesində əhalinin 10-20 faizi iştirak edir. Qalanlarından ötrü isə mənzil almaq yalnız arzudur.
 
Müəllifin fikrincə bundan artıq, bazarı inkişaf etdirmək də mümkün deyil.
 
“Çünki, kimi ki, mənzil ala bilərdi alıb, tələbat azalıb. Kim ki, ala bilməyib, elə indi də ala bilmir...” /

Google+ WhatsApp ok.ru