Kirayə bazarında vəziyyət necədir?

Kirayə bazarında vəziyyət necədir?

"Metbuat.az" saytında yer alan "Kirayədə yaşayanlar, diqqət" sərlövhəli məqalədə müəllif karantin rejimi dövründə iyul ayı ərzində daşınmaz əmlak bazarında vəziyyəti təhlil edir.
 
O deyir ki, iyul ayında bazarda 971 ədəd kirayə mənzil olub. Onlar arasında aparılan təhlil göstərir ki, ötən ay bir mənzilin aylıq kirayəsinin ortalama qiyməti 842 manatdan 765 manata düşüb. Faizlə desək, iyul ayı ərzində kirayə mənzillərin qiyməti 9,14% azalıb.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə tədris prossesində bir qədər yumşalmalar oldu. Bəs, universitetlərin açılmaması kirayə mənzillərin qiymətinə öz təsirini necə göstərəcək?
 
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli açıqlamasında bildirib ki, hələki kirayə mənzil bazarında qiymətlərdə azalma müşahidə edilir: "Kirayə mənzillərə tələb artsa, qiymətlərdə əvvəl stabilləşmə olacaq. Daha sonra isə qiymətlərin əvvəlki formasına dönməsi müşahidə ediləcək. Amma qeyd etdiyim kimi, hələ qiymətlərdə azalma davam edir".
 
Ekspertin sözlərinə görə, qiymət dəyişimi tələblə bağlı bir məsələdir: "Tədris prossesi ilə bağlı verilən qərarlardan görünür ki, hələ oktyabr ayından yalnız birinci kurslar dərsə başlayacaq. Onların bölgələrdən şəhərə gəlməsi ilə büdcə tamamlanmır. Tələb çox olduğu təqdirdə, kirayə mənzil bazarında da qiymətlər dəyişəcək".
 
 
 

Google+ WhatsApp ok.ru