İki rayonun polis rəisi işdən çıxarıldı 12 Noyabr 2015 02:00 Xəbərlər Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. AzNews.az-ın məlumatına görə, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb. R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib. Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb. / Teqlər : #İki rayonun polis rəisi işdən çıxarıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Eldar Mahmudov ev dustağıdır - sensasion səbəb... Abşeronda gözdən əlillərə brayl əlifbasında Qurani-Kərim təqdim edilib