Kitab bazarında tərcümlərin keyfiyyətindən narazı olanlar var

Tərcümə nəşrlərində bu gün önə çıxan əsas məsələ onların keyfiyyəti ilə bağlıdır. Oxucular əsərlərin quru və əsasən, hərfi tərcümə edildiyindən gileylənir. Çox zaman kitabların tərcümə keyfiyyəti onların tərcümə olunma sürəti ilə ayaqlaşa bilmir. Gənc Tərcüməçilər Assosiasiyasının sədri İsmayıl Cəbrayılov bu məqama diqqət çəkir. Bir sıra əsərlər orijinaldan yox, başqa dilə çevrilmiş versiyadan dilimizə tərcümə olunur. Bu da həmin dilləri bilən tərcüməçilərin azlığı ilə əlaqədardır. Əsərlərin tərcümə edilmə keyfiyyətinin zəif olmasını dildə gedən proseslərlə əlaqələndirən Nigar Köçərli isə bunun həllinin zamanla mümkün olacağını deyir. Dünya kitab bazarında əsasən, hər ölkənin yerli yazarlarının kitablarına üstünlük verildiyini deyən Nigar Köçərli Azərbaycanda bunun əksinin baş verdiyini qeyd edir.

Google+ WhatsApp ok.ru