Komendant saatı müddətində fəaliyyətinə icazə veriləcək sahələrin siyahısı məlum olub 28 Sentyabr 2020 17:46 Xəbərlər Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı məlum olub. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Hərbi vəziyyət elan edilməsi haqqında” qərarda əksini tapıb. Qərara əsasən, aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcək: - Səhiyyə və sosial sahə üzrə: xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; - İnfrastruktur sahəsi üzrə: kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); elektrik enerjisinin istehsalı və təchizatı; su təsərrüfatı və meliorasiya; telekommunikasiya və rabitə xidmətləri. - Nəqliyyat və logistika sahəsi üzrə: hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; logistika xidmətləri; ictimai nəqliyyatın fəaliyyəti. - Əsas istehsalat növləri: müdafiə sənayesi məhsullarının istehsalı; neft avadanlıqları və qurğularının istehsalı; qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; kimyəvi məhsulların istehsalı; kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; neft və qazın hasilatı, emalı, saxlanması və satışı; neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; metallurgiya sənayesi üzrə fəaliyyət; tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; qablaşdırma məhsullarının istehsalı; maşın və avadanlıqların istehsalı; elektrik avadanlıqlarının istehsalı; kompüter, elektron və optik məhsulların istehsalı; avtomobil, qoşqu və yarımqoşquların istehsalı; sair nəqliyyat vasitələrinin istehsalı; tütün məmulatlarının istehsalı; sair sənaye məhsullarının istehsalı. - Pərakəndə və topdan satış üzrə: - yanacaqdoldurma məntəqələri. - Məişət xidmətləri üzrə: məişət tullantılarının yığılması və utilizasiyası. - Kütləvi informasiya vasitələri. - Təhsil müəssisələrinin fəaliyyəti. - Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət. Həmin sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək. Teqlər : #Komendant,#saatı,#müddətində,#fəaliyyətinə,#icazə,#veriləcək,#sahələrin,#siyahısı,#məlum,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bank işçilərinin sayı azalıb İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır