Kompüterinizin RAM-ını 1000 dəfə sürətləndirəcək üsul

Kompüterinizin RAM-ını 1000 dəfə sürətləndirəcək üsul

Terahertz radiasiyası vasitəsi ilə RAM sürətini 1000 dəfə artırmaq mümkündür. Bəs, radiasiya vasitəsilə ram sürətini artırmaq nə qədər təhlükəsizdir?
 
Kompüterlərinizdəki yaddaş sürətini ən çox neçə MHz-ə qaldıra bilərsiniz? 2 qatına? 10 qatına? 1000 qatına? T-ray şüaları vasitəsilə yaddaş sürətini 1000 qatına qaldırmaq olacaq.
 
"Technote.az”ın "Nature” jurnalına istinadən verdiyi xəbərə əsasən, Avropalı və Rusiyalı elm adamları RAM sürətini artırmaq üçün Terahertz radiasiya şüaları ilə tədqiqatlar aparırlar. RAM-ların maqnit sahələrini T-ray şüaları ilə dəyişdirərək sürətləri 1000 dəfə artırıla bilir.
 
Terahertz radiasiyaları gündəlik həyatımızda bir çox sahədə istifadə edilir. Hava limanlarında yükləri yoxlamaq, xarab olmuş mikroçiplərdə problemləri öyrənmək, keçmiş əşyaların yaşını təyin etmək kimi istifadə sahələri də var.
 
Yenə də bu texnologiyanı daha uzun bir müddət boyunca kompüterlərinizdə görə bilməyəcəksiniz. Bəli, Terahertz radiasiyasının təsiri, RAM-larda olan maqnit sahəsindən çox daha sürətli və effektivdir amma alimlər radiasiyanın uzun bir müddət boyunca kompüterlərin daxilində gəzinməsinin nə kimi nəticələrə yol açacağını hələ ki təyin edə bilməyiblər.
 

Google+ WhatsApp ok.ru