Kompüteri smartfondan idarə edən mobil proqram təqdim edilib 01 İyul 2016 01:00 Maraq dünyası “LG” şirkəti smartfon vasitəsilə "Mac” və ya “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüteri idarə etməyə imkan verən yeni “VPInput” servisini təqdim edib. Hazırda əlavənin dəstəklədiyi qurğular arasında “LG G4”, “LG G5”, eləcə də "LG V10” smartfon modelləri yer alıb. Maide.Az “ICTnews”-a istinadən yazır ki, mobil qurğu fərdi kompüterlə "Bluetooth” ilə birləşir və idarə olunur. “VPInput” həmçinin qoşulmuş telefonu klaviatura və “maus” vasitəsilə idarə etməyə imkan verir. Xüsusi interfeys birbaşa kompüterdən məlumat yazmağa və göndərməyə şərait yaradır. Bundan başqa, qurğular arasında faylların surəti çıxarılan zaman smartfonda istifadəyə imkan verən ümumi mübadilə buferi (clipboard - aralıq məlumat saxlancı) nəzərdə tutulub. Bildirilir ki, “VPInput” ilə həmçinin mobil qurğuda istifadə edilən əlavələr arasında keçid etmək mümkündür. Bunun üçün xüsusi klaviatura kombinasiyasından istifadə tələb olunur. Məsələn, “Ctrl+F1” klavişini yığmaqla kompüter monitorunda “WhatsApp” messencerini açmaq və işdən yayınmayaraq yazışmaya tez cavab vermək mümkündür. / Teqlər : #Kompüteri smartfondan idarə edən mobil proqram təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya elm adamları süni sümük hazırladılar - VİDEO Şüa xəstəliyi: yaranma səbəbləri və əlamətləri