Kompyuter arxasında necə oturmalıyıq?

Kompyuter arxasında necə oturmalıyıq?

Hazırkı dövrdə artıq hər işimizi kompyuterlə həll edirik. Kompyuterdə oyun oynayırıq, film izləyirik, işləyirik və yoldaşlarımızla danışırıq, ancaq bəlkə də əksəriyyətimizin bütün vaxtını bir ekrana baxaraq sərf etdiyi bu günlər, bədənimiz baxımından çox da yaxşı nəticələr doğurmur.
 
Uzun müddət kompyuter arxasında oturunca oynaqlarımızda ağrılar hiss edə və bədənimizin keyləşdiyini müşahidə edə bilərik. Belə əks təsirlərin ortaya çıxmasındakı ən böyük faktor isə səhv oturma pozisiyasıdır. Bəs kompyuter arxasında necə oturmalıyıq?
 
 
 
1. İdeal mövqedə oturun:
 
Kompyter arxasında oturarkən ideal bir oturuş mövqesində oturmalıyıq. Bir çox ofis və fərdi oturacaq, nizamlana bilən arxa qisiminə, qoltuq və bel dəstəyinə sahibdir. Ayağınızın üst qisimi oturacağa söykənməlidir.
 
Kürəyiniz mümkünsə ayaqlarınızla 100 ilə 135 dərəcə bucaqda olmalıdır.
 
Qollarınız bədəninizə yapışıq olmalıdır.
 
Çiyinləriniz və boynunuz rahat olmalıdır.
 
Gözlər boyunuzu və ya gözlərinizi qaldırmadan və ya gücənmədən ekranı rahatca görməlidir.
 
 
 
2. Oturacağın nizamlanması:
 
Oturacaqda bel dəstəyi, xüsusiləşdirilmiş döşək, nizamlana bilər qoltuq yeri və ya başqa cür bir dəstək varsa lazım olduğu kimi nizamlayın. Qol dayağı duruşunuza mənfi istiqamətdə təsir edirsə bu hissəni çıxara bilərsiniz.
 
 
 
3. Klaviaturanıza yaxın oturun:
 
Klaviaturanız, bədəninizin dərhal qarşısında olmalıdır. Klaviaturaya çatmağa çalışarkən bədəninizi əyməməlisiniz.
 
 
 
4. Dərin nəfəs alın:
 
Oturarkən qısa-qısa nəfəs almaq halları yaşanır, lakin bu vəziyyət fərqli problemlərin ortaya çıxmasına səbəb ola bilər. Bu səbəbdən tez-tez dərin nəfəs almağa çalışın. / deyerler.org/
 

Google+ WhatsApp ok.ru