Konqo da qarışdı: 6 ölü var

Demokratik Konqo Cümhuriyyəti əsgərləri ilə Ruandanın Qurtuluşu Demokratik Qüvvələrinə (FDLR) bağlı olan silahlılar arasında atışma olub.
Maide.az xəbər verir ki, FDLR silahlıları “Sokola 2” əməliyyatı çərçivəsində Kalinici bölgəsində Demokratik Konqo əsgərlərini atəşə tutublar.
Əsgərlərin onlara qarşılıq verməsindən sonra 5 silahlı ölüb. Güllələrdə biri isə 1 sakinə dəyib və o da ölüb.
Qeyd edək ki, FDLR silahlıları bir müddətdir “Sokola 2” əməliyyatını keçirir. Onlar sıravi vətəndaşlara da atəş açmaqdan çəkinmirlər.//

Google+ WhatsApp ok.ru