''Koroğlu'' körpüsünə tikanlı məftillər çəkilib

''Koroğlu'' körpüsünə tikanlı məftillər çəkilib

-- İntiharların qarşısını almaq üçün asma körpüdə mühafizə gücləndirilib

İctimaiyyət arasında şərti olaraq “intihar körpüsü” kimi daha tanınan, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən asma körpüdə mühafizə gücləndirilir.
 
Bununla intiharın qarşısını almağa çalışırlar. Körpünün dəmir-beton konstruksiyalarının dörd bir tərəfinə polis postu ilə yanaşı tikanlı məftillər də çəkilib. Bundan sonra intihar etmək istəyənlər daha o körpüyə də çıxa bilməyəcəklər. Polislə yanaşı tikanlı məftillər də qarşılarını kəsəcək.
 
Asma körpü 2011-ci ilin dekabrında istifadəyə verilib. Cəmi 3 il körpüdə intihar olmayıb. 2014-cü ildən başlayaraq körpü intihar etmək istəyənlərin, sözünün eşidilməsini arzulayanların məkanına çevirilib. Asma körpü əsasən məmur özbaşınalığından bezən vətəndaşların “sevimli” körpüsüdür. (meydan.tv)
 
 
 

Google+ WhatsApp ok.ru