Kür-Araz ovalığında bataqlıqlar artır 30 Noyabr 2020 11:36 Ölkə Müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır. Trend-in məlumatına görə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Onun sözlərinə görə, bunu xüsusilə Mil düzündə yerləşən Ağgöl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür. Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən də məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min hektar artıb. Teqlər : #KürAraz,#ovalığında,#bataqlıqlar,#artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xınalığa 16 sm hündürlükdə qar yağıb - VİDEO Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb