Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO 18 Oktyabr 2016 01:00 Ölkə Salyan və Neftçalada qabaqlayıcı tədbirlər görülür Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində səviyyəsi artıb. "Report"un Aran bürosunun məlumatına görə, bu gün çayın Salyan rayonunun ərazisindən keçən hissəsində səviyyəsi 35 santimetr, Neftçalada rayonunun ərazisindən keçən hissəsində isə 10 santimetr qalxıb. Neftçala rayon İxtisaslaşdırılmış Mənsəb Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, bir həftədə ərzində Kür cayının səviyyəsi Salyanda 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb. Bu səbəbdən də həmin rayonlarda sel təhlükəsi yaranıb. Qeyd edək ki, hər iki rayonda qabaqlayıcı tədbirlər görülür. Bəzi təhlükəli ərazilərdə bəndvurma işləri aparılır. / Teqlər : #Kürdə suyun səviyyəsi qalxıb,#sel təhlükəsi yaranıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Siyasi məhbus sayılanlarla bağlı yeni siyahı - 166 nəfər Sakinlərə əzab verilən şəhərcik