Kredit borcu insanları evini satmağa məcbur edir

 Son günlər Bakıda mənzillərin qiymətinin ucuzlaşdığına dar məlumatlar yayılır. Bu məlumatları yerində dəqiqləşdirmək üçün yolumuzu metronun “Neftçilər” stansiyasının həndəvərində yerləşən “Ev bazarı”ndan saldıq.
 
Bazarda bizi müştəri hesab edən az olmadı. Mənzərə o qədərdə gözoxşayan deyildi. Ev satan və ya kirayə verən çox olsa da, alan və ya kirayə ev axtaran gözə dəymirdi. Bir az keçdikdən sora Hidayət adlı bir nəfər kirayə ev üçün “maklerə” (ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxs) yaxınlaşdı. Evlərin qiyməti ilə maraqlanan vətəndaş öz büçəsinə uyğun olan evi seçdi və sabah səhər evə gedib baxacağını söylədi.
 
 
Bazarda Laləzər Məmmədova ev-alqı satqısı və kirayəsi ilə məşğul olur. Laləzər xanım 20 ildir ki, bu işdə olduğunu dedi. 
 
“Mən 1996-ci ildən bu günə kimi ev alqı-satqısı ilə məşğul oluram. Ev-alqı satqısına və kirayəsinə vasitəçilik edirik. Kirayə ev verənlər bizə müraciət edir və biz də kirayə ev axtaranları ora aparıb evlə tanış edirik, xoşuna gəlsə razılaşır və ya əksinə. Bizim də buradan gündəlik çörəkpulumuz çıxır. Hər kirayə evdən 50-30 manat pul alırıq”.
 
 
Hal-hazırda ev bazarında ümumi vəziyyət nə yerdədir?
 
“Bu il vəziyyət çox pisləşib. Əvvəllər həftədə 2-3 ev satardıq. Amma indi ayda 1-ni  satanda sevinirik.  Ev alan yoxdur, hər kəs satır və ya kirayə verir. Alansa çox azdır, ya da yoxdur”
 
Müsahibimiz bir maraqlı faktdan da danışdı. Bildirdi ki, son vaxtlar evlərini satan və ya kirayə verənlərin çoxu iş yerini itirənlər və bank kreditini ödəyə bilməyənlərir.
“Kimsə evini satır ki, bank kreditini ödəsin. Bəziləri də Bakıdakı evini baha satıb, şəhərətrafında ucuz qiymətə ev və ya torpaq almaq istəyənlərdir ki, qalan pulla da iş qurmaq istəyirlər. Amma yenə də deyirəm ki, əsas banklardakı kredit insanların evini satmağa məcbur edir”.
 
Satılan evlərə isə müştəri tapmaq çox çətindir.
 
“Makler” Laləzar Məmmədova deyir ki, alıcılıq qabiliyəti çox aşağıdır ev kirayə götürən və ev alanların sayl 50-60% aşağı düşüb. 
 
“Bu ilin əvvəlindən ev alıcıları çox zəifdi. Evlərin qiyməti aşağı olsa da, almaq istəyən azdır, gəlirlər qiymətlərlə maraqlanır, çıxıb gedirlər. Dolların kursunun qalxması ev bazarına mənfi təsir edib”.
 
 
 
Bazardakı “maklerlər” bildirdilər ki,  indi 3 otaqlı ev 70 min, 2 otaqlı ev 50-55 min, 1 otaqlı ev 40-45 min dollara satılır. Bu qiymətlər 8-ci mikrorayon bazarı, “Xalqalar dostluğu”, “Neftçilər”, “Qara Qarayev” metrostansiyaları yanındakı binalarda keçərlidir. 
 
“Makler” Laləzar Məmmədova əlindəki siyahı dəftərini mənə uzadaraq göstərdi: “Bax, budur, əvvəl ev sahibi kirayəni 300 manata demişdi, bu gün səhər zəng edib dedi ki, 250 manata olar”.
 
Bəs təlabat daha çox hansı evlərədi?
 
“Bu il insanlarda pul ehtiyatı az olduğu üçün daha çox həyət evlərinə üstünlük verirlər. Amma bina evində kirayə qalmaq istəyən də az deyil, bina evində 2 otaqlı evə üstünlük verənlər daha çoxdur. İki otaqlı bina evində bir aylıq kirayə qiyməti 250-270 manat arasında dəyişir, amma əvvəllər bir aylıq kirayə 300-350 manat olub”. modern.az /
 

Google+ WhatsApp ok.ru