Krımda məscidə “Molotov kokteyli” atdılar 28 Aprel 2015 01:00 Xəbərlər Krımda cinayətkarlar məscid binasına içərisində alışqan maye olan bir neçə şüşə atıblar. Bununla belə, ibadət evinə ciddi ziyan dəyməyib. Bu barədə salamnews UNİAN-a istinadla xəbər verir. “Yerli sakinlər - həm müsəlmanlar, həm də xristianlar hadisədən heyrətləniblər və bunun təxribat olduğunu hesab edirlər. Belə ki, bu, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin mehriban yaşadıqları kənddə baş verən ilk oxşar haldır. Bu mehribanlığa sübut məscid və pravoslav məbədinin üz-üzə yerləşməsidir”, - Krım Müsəlmanlarının Ruhani İdarəsinin məlumatında deyilir. Teqlər : #Krımda məscidə Molotov kokteyli atdılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeraltı keçidlərin sayı çoxalacaq Rayonlarda iş axtaranların nəzərinə!