Krımda məscidi qarət ediblər

Krımda naməlum adamlar məscidi qarət edib.
 
Krım müsalmanları dini idarəsinin noyabrın 19-da verdiyi məlumata görə, qarətçilərhəftənin əvvəllərində Sudak şəhəri yaxınlığındakı Yangy Maale məsçidinə soxularaq nəzir qutusunu aparıblar. İdarənin məlumatına görə, bu 2015-ci ildə məsciddən edilən 8-ci oğurluqdur.
 
Noyabrın 14-də isə naməlum adamlar Zavet-Leninsk kəndindəki məscidin pəncərələrini sındırıblar. Sentyabrda isə Krımın paytaxtı Simferopolda təmir edilən mərkəzi məscidin plakatları təhqir edilib.Krımdakı müsəlmanların əksəriyyətitatarlardır.
 
Onların çoxu Rusiyanın yarmadanı ilhaq eləməsinə qarşıdır. Rusiya Krımı 2014-cü ildə ilhaq edib./

Google+ WhatsApp ok.ru