Küveytdə Hz.Peyğəmbəri (s) təhqir edən yazıçı həbs edildi

Küveyt Baş Prokurorluğu Hz.Peyğəmbəri (s) təhqir etdiyi üçün bu ölkənin qadın yazıçısı Saret əl-Dərisə həbs qərarı çıxarıb.
 
Maide.az xəbər verir ki, Küveyt məhəkəməsindən bildiriblər: Bu qərar küveytli hüquqşünas Xalid əl-Şemrinin 4 noyabrda Prokurorluğa təqdim etdiyi şikayətdən sonra verilib və o, öz şikayətində Saret əl-Dərisini Hz.Peyğəmbəri (s) təhqir etməkdə günahlandırır.
 
Bu küveytli vəkil öz iddia ərizəsində qeyd edib: Bu küveytli yazıçı Twitter sosial şəbəkəsində yazılar dərc edərək, Hz.Peyğəmbəri təhqir edib.
 
Bu hökm verildikdən sonra, Küveyt fəalları və deputatları bununla bağlı dəqiq tədqiqat aparılmasını tələb ediblər /
 

Google+ WhatsApp ok.ru