Kövrəklik indeksi: 178 ölkə içində 81-ciyik

Kövrəklik indeksi: 178 ölkə içində 81-ciyik

ABŞ-da mənzillənən Sülh Fondu 12 ildir Kövrək Dövlət İndeksini hazırlayır, «Foreign Policy» dərgisi isə onu dərc edir. Bu indeks 12 ictimai, iqtisadi və siyasi indikator əsasında tərtib olunur, müharibələrin, ətraf mühit fəlakətlərinin, siyasi hərəkatların ölkələrin sabitliyə və ya iflasa doğru getməsindəki rolunu təhlil edir. İndeksin əvvəlində ən kövrək ölkələr yer alır.
 
İndeks 178 ölkəni əhatələyir, onların yeri sabitlik səviyyəsi, üzləşdiyi təzyiqlərə görə dəyərləndirilir.
 
Azərbaycan 178 ölkə içində 81-ci yerdədir. Gürcüstan 72, Ermənistan 109, Rusiya 65-ci yerdə qərarlaşıb.
 
İndeksdə ilk 6 yeri Somali, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Sudan, Yəmən və Suriya tutur. Kövrəklik indeksi üzrə ən möhkəm 6 ölkə isə Avstraliya, İsveçrə, Danimarka, Yeni Zelandiya, Norveç və Finlandiyadır.(azadliq.org)

Google+ WhatsApp ok.ru