Lənkəran inanclıları Masallıda şəhid Əlinin ailəsinə baş çəkdi

İnanclılar şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar 
Xəbər verdiyimiz kimi cəbhə xəttində son günlər Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Silahlı Qüvvələrimizin əsgəri, 1995-ci il təvəllüdlü Rəhimov Əli Fətullah oğlu şəhid olub.

Bu gün Lənkəran inanclıları Masallı rayon Köçəkli kəndinə gedərək şəhid Əli Rəhimovun yaşadığı evdə yaxınlarına başsağlığı veriblər.Sonra Lənkəran inanclıları Köçəkli kənd məscidinə gediblər.Məsciddə ilahiyyatçı Seyid Nazim Ocaqov şəhidlik zirvəsindən söhbət açaraq geniş nitqlə çıxış edib.

Daha sonra inanclılar şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.cenubnews /
 

Google+ WhatsApp ok.ru