Lənkəranda 4,5 bal gücündə zəlzələ olub

Lənkəranda zəlzələ baş verib. Maide.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, 17 km dərinlikdə, maqnitudası 4,5 olan yeraltı təkanlar yerli vaxtla saat 03:29:11-də Lənkəran şəhərindən 18 km qərbdə Lənkəran rayonu ərazisində qeydə alınıb.
 
Zəlzələ episentrdə  4 bala yaxın, yaşayış məntəqələrində isə 3,4 bala qədər hiss olunub.
 
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. 

Google+ WhatsApp ok.ru