Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto)

Xəbər verildiyi kimi ötən gün Lənkəran rayon Liman şəhər sakinləri Bakı-Astara magistral yolunu bağlayaraq manatın dəyərini itirməsindən, mağazaların bağlanmasından, qiymətlərin bahalaşmasından, iki gündür yağan qardan sonra elektrik enerjisinin kəsilməsindən və yolların bərbad olmasından ötəri aksiya keçirmişdilər.

Bu gün 
Lənkəran əhalisi yenidən etiraz aksiyası keçirərək problemlərinin həll edilmədiyini bildiriblər.

Bir saat davam edən aksiyadan sonra əraziyə hüquq-mühafizə orqanları və icra aparatının numayəndəliyi gəlib.İcra numayəndələri ötən günki kimi aksiya keçirən əhaliyə söz veriblər ki, bu gün sizin problemləriniz həll ediləcək.

Sakinlərdə bir daha qeyd ediblər ki, əgər tələblərimiz həll olunmasa yolu kütləvi şəkildə bağlayacağıq. 

Qeyd edək ki, bəzi medialarda ötən gün keçirilən aksiya zamanı saxlanılanların olduğu bildirilib.Aksiya iştirakçıları redaksiyamıza saxlanılanların olmadığını qeyd etdilər.

Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto)
Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto)
Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto)
Lənkəran camaatı bu gündə etiraz aksiyası keçirdi (Foto)

 

Google+ WhatsApp ok.ru