Lənkəranda “Məbəs” bayramı keçirilib

Lənkəranda "Məbəs" bayramı ilə əlaqədar mərasim keçirilib.
 
Cenubnews.com xəbər verir ki, mərasim ilk öncə, müqəddəs kitabımız Qurani-Kərimin tilavət olunması ilə başlanıb. Sonra tədbirdə iştirak edən İlahiyyatçı-alimlər Seyyid Nazim Ocaqov və Hacı Valeh "Məbəs" bayramı münasibətiylə çıxış ediblər.
 
Bunun ardınca "Cənnət İlahi Nəğmələr" qrupu bayram münasibəti ilə şeirlər və surudlar səsləndirib.
 
Tədbirdə həmçinin az yaşlı tələbələr, Qurani-Kərimin ayələrindən oxuyublar və onlara hədiyyələr təqdim olunub.
 
Tədbir "Fərəc" duasının oxunuşu ilə sona çatıb. /
 

Google+ WhatsApp ok.ru