Lənkəranda həyətləri və yolları su basdı

Axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət əvəz olub.
 
Bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb.
 
Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb.
 
Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
 
Bəzi transformatorlarda qəzalar baş verib. Yağıntı davam edir  "Report" /
 
 
 
 

Google+ WhatsApp ok.ru