Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur - FOTO-VİDEO

Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur - FOTO-VİDEO

Lənkəran şəhəri PMK 30, dalan 1-də yaşayan sakinlər yolsuzluq, kanalizasiya və qazsızlıq problemindən əziyyət çəkirlər. Bu barədə sakinlərin dövlət başçısına, baş nazirə və yerli icra başçısına etdikləri müraciətdə bildirilir. Müraciətə 20 nəfər sakin imza atıb.
 
Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur  - VİDEO
 
“Biz tam yoxsulluq şəraitində yaşayırıq, evlərimizə qaz gəlmir, küçəyə palçıqdan çıxmaq olmur, kanalizasiya xətti olmadığı üçün evlərin həyətini çirkab suları basıb, yaşayış ərazisi zibilxanaya çevrilib, üfünət qoxusundan nəfəs almaq mümkün deyil”.
 
Bu sözləri müraciətə imza atan sakinlərdən biri olan Pərvanə İsmayılova bildirib. 
 
O deyir ki, mərkəzi icra hakimiyyəti qurumlarına edilən müraciətlər həmin yerli qurumlara yönəldilir: “Yerli icra hakimiyyətinin nümayəndəsi də əraziyə gəlib sakinlərlər görüşür, müxtəlif vədlər verir və onlardan şikayətçi olmadığımızı bildirən ərizəyə imza atdırıb gedir.
 
Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur  - VİDEO
 
Yaşadığımız ərazi tikiş fakrikinin sahəsi olub, sonradan bələdiyyə verilib. Bələdiyyə də bu torpaqların sotunu illər öncə 1500 manatdan satıb. Lənkəran ərazisi üçün bu olduqca böyük məbləğdir. Burdan torpaq alanda bələdiyyə sakinlər deyib ki, yaşamaq üçün şərait yaradılacaq, asfalt yol salınacaq, kommunal xətlər çəkiləcək. Amma evlər hələ də qazsızdır, küçə isə çirkab suları ilə doludur. Məktəblisi məktəbə gedə bilmir, xəstəsinin üzərinə isə təcili tibbi yarım maşını gəlmir. Niyə? Çünki yolsuzluq problem və çirkab suların gölməçəsi nəqliyyat vasitəsinin hərəkət etməsini çətinləşdirir”.
 
Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur  - VİDEO
 
“Azərsu” ASC-nin saytında olan məlumatda bildirilib ki, “Lənkəran  şəhərinin  su  təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması” layihəsi işlənib və layihə 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Lənkəran şəhərinin 82 min, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 14 min sakininin, ümumilikdə 96 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Şəhərə saniyədə 348 litr su veriləcək ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir.
 
Lənkəranda bir küçənin sakinləri üfunətdən boğulur  - VİDEO
 
Layihəyə əsasən Lənkəran  şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi  kimi Xanbulançay anbarı seçilib. Burada məhsuldarlığı sutkada 30 min kubmetr olan qum süzgəcli suqəbuledici qurğu inşa olunub. Lənkəran şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün mənbədə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikilmiş və buradan şəhərə 17,5 km uzunluğunda magistral xətt çəkilib. (Bizimyol) /

Google+ WhatsApp ok.ru