Lənkəranlı ruhani 7 il müddətinə azadlıqdan məhrum edilib-YENİLƏNİB

Lənkəranlı ruhani 7 il müddətinə azadlıqdan məhrum edilib-YENİLƏNİB

(son iki abzas əlavə olunub) 
 
Bu gün ötən il Nardaran hadisələrdən sonra Lənkəranda saxlanılan ruhani İsayev Qismət Zabitxan oğlunun məhkəməsi keçirilib.
 
Yaxınlarının Maide.Az-a verdiyi məlumata görə,  məhkəmənin qərarı ilə ruhani Q.İsayev  7 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, Ruhani Qismət İsayev 19 aprel 2016-cı ildə Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən keçirilmiş xüsusi əməliyyatdan sonra həbs edilib və barəsində cinayət işi açılıb. Yaxınlarının bildirdiyinə görə, ruhani Q.İsayev cinayət məcəlləsinin 6 maddəsi - 228.1-ci maddaəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və  159.3,154, 444, 448, 452 maddələri ilə - ittiham olunaraq məhkum edilib. 
 
Xatırladaq ki, bu, ruhani Q.İsayevin ikinci məhkumluğudur. O, bundan öncə  2011-ci ildə 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 
 
 
 

Google+ WhatsApp ok.ru