İlahiyyatçı Fərhad Mirzə saxlanıldı

Binə qəsəbəsində yaşayan ilahiyyatçı, araşdırmaçı yazar Fərhad Mirzə mülkü geyimli hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu haqda İslamazeri.az-a onun yaxınları məlumat verib. Məlumata görə, o günortadan sonra evindən aparılıb.

Qeyd edək ki, ilahiyyatçı uzun müddətdir hepatit xəstəliyinin ağır növündən əziyyət çəkir və müalicə alırdı, hətta sosial şəbəkələrdə ona yardım kampaniyası da başladılmışdı./

Google+ WhatsApp ok.ru