İlahiyyatçı Fərhad Mirzənin səhhətində ciddi problem yaranıb

Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Fərhad Mirzədən yeni xəbər var
"Səhhəti pisləşdiyinə görə, bir neçə gün öncə Fərhad Mirzəni Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparııblar. Hazırda səhhəti yaxşı deyil."
İslaminsesi xəbər verir ki, bu sözləri İslamazeri.az-a ilahiyyatçı, yazar Fərhad Mirzənin həyat yoldaşı Vüsalə Muradova bildirib.
Onun sözlərinə görə, dünən həyat yoldaşı ilə Kürdəxanı təcridxanasında görüşə biliblər.
"Mənəvi ruhiyyəsi yüksək səviyyədə olmasına baxmayaraq, səhhətinin pis olması açıq aşkar biruzə verir. Bir müddət əvvəl ağciyər və qaraciyərində şiddətli ağrıları tutub və o, Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparılıb. Bir neçə gündən sonra isə, yenidən onu Kürdəxanıya qaytarıblar. Orada xəstəliyindən əziyyət çəkir. Kameralar soyuq olduğuna görə, kurtkada yatır" - deyə Vüsalə Muradova bildirib.  
Fərhad Mirzənin həyat yoldaşının sözlərinə görə, həbsxanada ərinin  vərəmə yoluxması,  qaraciyərində ağrıların ciddi fəsad verməsi qaçılmazdır.
Qeyd edək ki, Fərhad Mirzə "hepatit c" xəstəliyindən əziyyət çəkirdi. Qismən müalicə olan ilahiyyatçı Nardaran hadisələrindən sonra polis tərəfindən saxlanılıb. O, ACM-nin 228.1 (silah gəzdirmə)  maddəsilə ittiham olunur. 

Google+ WhatsApp ok.ru