İldırım, leysan azı 27 nəfərin həyatına son qoyub 15 Noyabr 2019 14:24 Xəbərlər Pakistanın cənubunda səhra regionunda müxtəlif yerlərdə leysan yağış yağıb, şimşək çaxıb, rəsmilər azı 27 nəfərin həlak olduğunu bildirir. Fövqəladə vəziyyət elan olunub. Sind vilayət hökumətinin sözçüsü Saeed Ghani xilasedicilərin Tah səhrasında işlədiyini söyləyib. Xəstəxanalara qadınlar və uşaqlar daxil olmaqla onlarla adam yerləşdirilib. Xilasedicilər uzaq kəndlərə çatdıqca ölü sayının artacağı gözlənir. İldırım və ondan sonra başlanan yanğında yüzlərlə heyvanın tələf olduğu bildirilir. Xəbəri Pakistanın “Dawn” qəzeti yayıb. /azadliq.org Teqlər : #İldırım,#leysan,#azı,#nəfərin,#həyatına,#son,#qoyub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlman taksi sürücüsü maşında qalan 70 min avronu sahibinə qaytarıb Bakıda ‘Müsəlmanların nicat, sülh, əməkdaşlıq və tərəqqi yolu - İSLAM VƏHDƏTİ’ adlı konfrans keçirilib