Öldü və 45 dəqiqə sonra dirildi – FOTO

Hindistanda  38 yaşlı  kişinin  ürəyi dayansada möcüzəli şəkildə 45 dəqiqə sonra  dirilib.
 
Maide.Az  xəbər verir ki,  Caysukbay  Taker adlı  kişi  ürək çatışmamazlığı və  nəfəs almada problemləri olduğu üçün  əməliyyat olunacaqdı lakin birdən qəlbi  dayanır.  
 
Ürək dayanandan 5 dəqiqə sonra  beyin zədə alır və 10 dəqiqə içində insan həyatını itirir.Lakin həkimlər Hindistanın şimal-şərqindəki xəstəxanada 45 dəqiqə bu şəxsi ürəyi işləmədiyi halda  əməliyyat ediblər. Beyni zədə almasın deyə  bədəninin hərarətini aşağı salıblar.  
 
Tibbi baxımdan  şəxs ölü hesab olunsada həkimlər ümidlərini itirməyib  ürək  transplantasiyası  əməliyyatını  həyata keçirirlər. Yeni ürək xəstənin bədənində yerləşdikdən sonra döyünməyə başlayır və qanı bədənə ötürür.  
 
C.Takerin hazırda vəziyyəti qənaətbəxşdir.   Həkimlər  Takerin yaşamasını  möcüzə adlandırıblar.
 
 

Google+ WhatsApp ok.ru