Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb

Lerik və Yardımlı kəndlərinin yolu bağlanıb

Sürüşmələrlə əlaqədar Lerik və Yardımlı rayonlarında əsasən dağlıq kəndlərinə gedən yolların çoxu bağlanıb.
 
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.
 
Onun sözlərinə görə, Azərbaycan ərazisinə şimal və şimal-qərbdən daxil olan rütubətli hava kütlələri son günlər ərzində ölkə ərazisindəki sürüşmə sahələrinin çox aktivləşməsinə səbəb olub.
 
Azərbaycanın cənub bölgəsində Lerik-Lənkəran-Astara yolunda da sürüşmənin fəallaşdığını bildirən S.Tarixəzəri qeyd edib ki, əvvəllər Cəlilabad rayonunda böyük miqyaslı sürüşmələr baş verməsə də, artıq bu rayonda da sürüşmələr aktivləşib: “Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində sürüşmə-çökmə baş verib. Bütün bunlar onu göstərir ki, sürüşmələrin miqyası getdikcə genişlənir”. /

Google+ WhatsApp ok.ru