Leyla və Arif Yunusların məhkəməsi sabah davam edəcək

Leyla və Arif Yunusların məhkəməsi başa çatıb.
 
Məhkəmənin ikinci hissəsində 8 şahid dindirilib. Vəkillərin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.
 
Məhkəmə prosesi iyulun 28-nə, saat 10-da davam edəcək.
 
AzadlıqRadiosunun əməkdaşı bildirir ki, ədliyyə işçiləri məhkəmə binasının yaxınlığında çəkiliş aparmaq istəyən jurnalistlərin üstünə su töküblər.
 
Ötən həftə jurnalist Xədicə İsmayılın məhkəməsində isə jurnalistlərə daş atırdılar. 
 
Fasilədən sonra jurnalistlər yenə zala buraxılmayıblar.
 
LEYLA YUNUS ŞAHİDLƏRİN ÜZÜNÜ BELƏ GÖRMƏDİYİNİ DEYİR
 
Vəkillər Arif Yunus barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, bəzi şahidlərin adının siyahıdan çıxarılması haqda vəsatət qaldırıblar.Leyla Yunus şahid kimi təqdim edilənləri tanımadığını,  həmin adamların üzünü belə görmədiyini söyləyib.
Bundan sonra bəzi şahidlər dindirilib.
Leyla Yunus prokuroru, şahidləri yalan danışmaqda ittiham edib. O, Arif Yunusa qarşı ittihamı cəfəngiyat adlandırıb.
 

***

İyulun 27-i Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi davam edib.

 
Yenə də məhkəmədə iştirak üçün gələn ictimai-siyasi fəalların və jurnalistlərin əksəriyyəti zala daxil ola bilməyib. Yerlər əvvəlcədən naməlum adamlarla doldurulub. 
 
Kənardan zaldan Leyla və Arif Yunusların məhkəməyə etirazları eşidilib. Arif Yunus məhkəmnin bu şəkildə qapalı keçirilməsinə etiraz edib: "Siz nəyi sirr saxlamaq istəyirsiz?".
 
Leyla Yunus da məhkəməni ittiham edib: "Sizin çıxaracağınız hökmün mənim üçün fərqi yoxdur.  Amma siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiz".
 
Prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Yunuslar bildirib ki, ittihamın mahiyyəti onlara aydın deyil.

 

Google+ WhatsApp ok.ru